BAKI, 9 iyun — Sputnik. Maliyyə suverenliyinin möhkəmləndirilməsi Aİİ-nin maliyyə bazarının uyğunlaşdırılmasına kömək edəcək. Bunu Rusiya prezidenti Vladimir Putin MDB və Aİİ nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə bildirib.
"Dövlətlərimizin icra hakimiyyətləri və Mərkəzi Bankları vasitəsilə maliyyə suverenliyinin gücləndirilməsinə yönəlmiş fəaliyyəti aktivləşdirmək lazım gələcək, bu, kredit, bank və hesablaşma infrastrukturunun sabitliyinin təmin edilməsinə, Avrasiya maliyyə bazarının şaxələndirilməsinə və uyğunlaşdırılmasına kömək edəcək. Beləliklə, kapitalın saxlanması və onların dövlətlərimizin iqtisadiyyatına sərmayə qoyması üçün əlverişli şərait yaradılmış olacaq", - Putin bildirib.
Rusiya Federasiyasının Prezidenti əlavə edib ki, inteqrasiyaya əlavə dinamika verməyə və onun yeni məzmunla zənginləşdirilməsinə yönəlmiş istənilən yaradıcı ideyalara tələbat var.
"Bu, Rusiyanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində məlum 4 azadlığa daxil edilməsi ilə bağlı təkliflərinin həyata keçirilməsi ilə asanlaşacaq. Xatırlatmaq istərdim ki, bu, malların, xidmətlərin, maliyyənin və insan kapitalının sərbəst hərəkəti, beşinci isə – bilik azadlığıdır. Burada təhsilin ümumi prinsiplərinin və standartlarının tətbiqi, elmi proqramların əlaqələndirilməsi, peşələrə olan tələblərin unifikasiyası, texniki və digər fənlər üzrə vahid dərsliklərin yaradılması nəzərdə tutulur", - deyə o, izah edib.