BAKI, 9 iyun — Sputnik. Kiyev rejiminə gələcək hərbi və maliyyə dəstəyi USQ-nin əks-hücumunun nəticələrindən asılı olacaq.
"Politico"nun şərhçiləri Conatan Lemayr və Aleksandr Uord bu açıqlama ilə çıxış ediblər.
Məqalə müəlliflərinin fikrincə, Ukrayna ümidləri doğrultmasa, dəstək kəsilə bilər ki, bu da münaqişənin diplomatik yolla həllinə çağırışlara səbəb ola bilər.
Məqalədə o da qeyd edilib ki, ABŞ Prezidenti Co Baydenin qlobal reputasiyası da bu amildən asılıdır.
Həmçinin, Ağ Ev qorxur ki, Ukrayna ordusunun səhvləri Konqresdən olan respublikaçıların müdafiə xərclərini artırmaq cəhdlərini puça çıxara bilər.
Bundan əvvəl "CNN" telekanalı Ukrayna Silahlı Qüvvələri əks-hücumun başlanmasından bir neçə gün sonra xeyli itki verdiyi barədə məlumat vermişdi. Telekanalın məlumatlarına görə, Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin gözlədiklərindən daha güclü müqaviməti ilə üzləşiblər.