MƏDƏNİYYƏT

Orxan Fikrətoğlu Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən azad edilib

O, öz ərizəsi ilə işdən çıxıb. Qeyd edilib ki, onun yerinə hələlik təyinat yoxdur.
Sputnik
BAKI, 9 iyun - Sputnik. Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) vəzifəsindən ayrılıb.
Bu barədə APA-ya Agentlikdən xəbər verilib.
Bildirilib ki, o, öz ərizəsi ilə işdən çıxıb. Qeyd edilib ki, onun yerinə hələlik təyinat yoxdur.
Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyinin müşaviri təyin edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.