HƏRBİ

Ordu bölmələrimizin Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır

Azərbaycan Müdafiə Nazirliyi bildiri ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin hərbi idarəsinin yaydığı məlumat həqiqətə uyğun deyil.
Sputnik
BAKI, 9 iyun - Sputnik. Müdafiə Nazirliyi Azərbaycan Ordu bölmələrinin erməni hərbi qulluqçularını daşıyan avtomobilə atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı təkzib edib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil", - Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.
"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - Azərbaycanın Müdafiə Nazirliyindən qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.