RUSİYA

Moskva Kişineu ilə hər hansı eskalasiyaya təşəbbüs göstərmir - Rusiya XİN

Moldovanın indiki rəhbərliyi Qərbyönlü siyasət yolu ilə gedir, ABŞ və onun peyklərinin anti-Rusiya siyasətində iştirak edir.
Sputnik
BAKI, 9 iyun — Sputnik. Moskva Kişineu ilə hər hansı eskalasiyaya təşəbbüs göstərmir, söhbət indiki Moldova hakimiyyətinin ABŞ və onun peyklərinin anti-Rusiya siyasətində iştirakından gedir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Rusiya tərəfi Moldova ilə hər hansı eskalasiya təşəbbüsü göstərməyib və göstərmir. Məsələ ondadır ki, Moldovanın indiki rəhbərliyi Qərbyönlü siyasət yolu ilə gedir, ABŞ və onun peyklərinin anti-Rusiya siyasətində iştirak edir. Rusiya ilə Moldova xalqı arasında münasibətlərdə hər hansı gərginliyin artmasından söhbət getmir, bunlar bizim üsullarımız deyil", - deyə Qaluzin qeyd edib.