RUSİYA

Kiyevin müstəqil araşdırma aparılmasından imtina etməsi təəccüblü deyil - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Kiyev rejimi BMT-yə Buçada ölmüş elan edilənlərin siyahılarını belə təqdim etməyib.
Sputnik
BAKI, 9 iyun — Sputnik. Kiyevin Kaxovskaya su elektrik stansiyasının partlaması ilə bağlı müstəqil araşdırma aparılmasından imtina etməsi təəccüblü deyil, bu, Ukrayna prezidenti Vladimir Zelenskiyə baha başa gələrdi.
Bu barədə cümə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bir müddət əvvəl bildirmişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kaxovskaya su elektrik bəndinin partlamasını araşdırmaq üçün beynəlxalq komissiya yaratmaq təklifi Rusiya üçün güzəştdir.
"Mən təəccüblənmirəm. Kiyev rejimi BMT-yə Buçada ölmüş elan edilənlərin siyahılarını belə təqdim etməyib. Kaxovskaya su elektrik stansiyasındakı terror aktı ilə bağlı hansısa araşdırma aparılacaq!" - Zaxarova deyib.