DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avstraliyalı alimlər COVID-19-dan sonra nevroloji pozğunluqların səbəbini tapıblar

Tədqiqatçıların fikrincə, onlar "koronavirus infeksiyası zamanı baş verən nevroloji hadisələrin yeni mexanizmini" müəyyən edə biliblər.
Sputnik
BAKI, 9 iyun — Sputnik. Makkuori adına Unversitetin və Kvinslend Beyin İnstitutunun (QBI) avstraliyalı tədqiqatçıların yeni araşdırması COVID-19-un uzunmüddətli müalicə kursu ilə mənşəyi naməlum baş ağrıları, dad və qoxu itkisi kimi bir sıra nevroloji xəstəliklərin inkişafı arasında əlaqəni müəyyən edib.
Alimlərin mesajında qeyd edildiyi kimi, genişmiqyaslı araşdırma zamanı onlar "SARS-CoV-2" virusunun "beyin hüceyrələrinin birləşməsinə, bunula da onun işindəki nasazlıqlara və xroniki nevroloji pozğunluqların inkişafına səbəb ola biləcəyini aşkar edə biliblər."

"Biz aşkar etdik ki, COVID-19 alimlər tərəfindən əvvəllər müşahidə olunmayan neyron birləşməsi prosesinə səbəb olur. Neyronlar birləşir və ya səhv işləməyə başlayır, ya da tamamilə fəaliyyətini dayandırırlar", – deyə QBI professoru Massimo Hilliard bu cür neyronların işini "ya mətbəxdə və hamamda işıqları eyni vaxtda yandıran, ya da tamamilə heç nə etməyən" işıq açarı ilə müqayisə edib.

Alimlər onu da qeyd ediblər ki, COVID-19-a səbəb olan "SARS-CoV-2" virusu xəstəliyin uzunmüddətli formasını keçirən xəstələrin beyin hüceyrələrində sağaldıqdan bir neçə ay sonra da aşkar edilib və onun toxumalara dağıdıcı təsiri dayanmayıb.
"Virusun beynə daxil olduqdan sonra hüceyrələri öldürdüyü və ya onların iltihabına səbəb olduğu düşünülürdü. İndi biz bilirik ki, neyronların birləşdiyi üçüncü variant da var", – deyən QBI mütəxəssisi Ramon Martines-Marmol bunun neyronların birləşmə effekti olduğunu və "xəstəlikdən sonra davamlı nevroloji pozğunluqların" baş verməsini izah edib.
Avstraliyalı tədqiqatçıların fikrincə, onlar "koronavirus infeksiyası zamanı baş verən nevroloji hadisələrin yeni mexanizmini" müəyyən edə biliblər.
"Bu, COVID-19-u keçirmiş xəstələrdə qeydə alınan çoxsaylı nevroloji pozğunluqların əsas səbəbi ola bilər", - deyə hesabatda qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.