RUSİYA

Zaxarovadan sanksiyalara reaksiya: Cavab veriləcək

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, ABŞ-ın düşməncəsinə hücumu, Kişinyovdakı ABŞ kuklalarının təhriki ilə həyata keçirilib və cavabsız qalmayacaq.
Sputnik
BAKI, 8 iyun — Sputnik. ABŞ-ın Moldovada sabitliyin pozulmasında əli olmaqda ittiham etdiyi 7 Rusiya vətəndaşına qarşı sanksiyaları cavabsız qalmayacaq. Bu barədə çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"ABŞ-ın iyunun 5-də Moldovada vəziyyətin sabitliyinin pozulmasında iştirak etdiyi iddia olunan 7 Rusiya vətəndaşına qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq, ABŞ administrasiyasında sanksiya siyasətini formalaşdıranların qəribə fantaziyalarını qeyd etməmək olmaz. Ağlabatan həddi aşan qadağalar getdikcə qəribələşir və izahı çətinləşir", - deyə diplomat bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, ABŞ-ın düşməncəsinə hücumu, Kişinyovdakı ABŞ kuklalarının təhriki ilə həyata keçirilib və cavabsız qalmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.