RUSİYA

İranın qaz qovşağı yaratmaq ideyası öyrəniləcək - Ryabkov

Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Rusiya-İran münasibətlərinin daha da inkişafına kömək edən və ümumilikdə konstruktiv ideyalara açıq olan təşəbbüsləri alqışlayırıq.
Sputnik
BAKI, 8 iyun — Sputnik. İranın Rusiya, Qətər və Türkmənistanın iştirakı ilə qaz qovşağı yaratmaq ideyasını müvafiq idarələr ciddi şəkildə öyrənəcəklər. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Biz geniş mənada enerji təhlükəsizliyi probleminin həllinə kömək edən, Rusiya-İran münasibətlərinin daha da inkişafına kömək edən və ümumilikdə konstruktiv ideyalara açıq olan təşəbbüsləri alqışlayırıq", - deyə o bildirib.
"İqtisadi operatorlar və müvafiq federal icra hakimiyyəti orqanları şübhəsiz ki, bu ideyanı ciddi şəkildə öyrənəcəklər. Bu kontekstdə adı çəkilən bütün aktorlarla sıx əlaqələrimiz var", - Ryabkov vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.