RUSİYA

Peskov təsdiqlədi: Putin və Lukaşenko sabah görüşəcək

Kreml sözçüsü bildirib ki, Rusiya prezidenti Kaxovskaya su elektrik stansiyasında partlayışdan sonra Xerson vilayətində hadisələrin necə inkişaf etdiyini izləyir.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüş sabah Rusiyada keçiriləcək.
Bundan əvvəl Lukaşenko rusiyalı həmkarı ilə yaxın vaxtlarda görüş keçirəcəyini açıqlamışdı.
Peskov Rusiya və Belarus prezidentlərinin görüşünün tarixinin və yerinin müəyyən edilib-edilmədiyi sualına cavab verərək, bildirib ki, təfərrüatlar barədə məlumat veriləcək.
Dövlət başçısının mətbuat katibi bildirib ki, Rusiya prezidenti Vladimir Putin Kaxovskaya su elektrik stansiyasında partlayışdan sonra Xerson vilayətində hadisələrin necə inkişaf etdiyini izləyir.

"Bilirsiniz ki, Prezident bənddəki təxribatdan, bəndin partladılmasından sonra Xerson vilayətində vəziyyəti nəzarətdə saxlayır", - Kreml sözçüsü bildirib.

Peskov xatırladıb ki, dünən Rusiya dövlət başçısı Fövqəladə Hallar Nazirliyinə orada mövcudluğunu gücləndirməyi və insanlara yardım göstərməyi, həmçinin bu fəlakətin nəticələrinin aradan qaldırılması işində fəal iştirak etməyi tapşırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.