RUSİYA

Peskov "Şimal axınları" barədə nəşrlərə cavab verib

Kremlin mətbuat katibi MKİ-nin "Şimal axınları"nı partlatmaq planlarından xəbəri olduğu barədə nəşrlərin etibarlılığını yüksək qiymətləndirib.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Kiyevin "Şimal axını""Şimal axını-2" qaz boru kəmərlərində partlayışları törətmək planlarından xəbəri olduğu iddia edilən media nəşrlərini şərh edərək, onların etibarlılığının hələ müəyyən edilmədiyini qeyd edib. Bu barədə Rusiya mediası xəbər verib.
Xatırladaq ki, bu yaxınlarda "The Washington Post" sosial şəbəkəyə sızan sənədlərdəki məlumatlara istinad edərək, Vaşinqtonun Kiyevin "Şimal axınları"nı partlatmaq planları barədə üç ay əvvəl bildiyini yazaraq, Avropanın kəşfiyyat xidmətlərindən birinin planın bütün təfərrüatlarını topladığını qeyd edib.
Kremlin mətbuat katibi qeyd edib ki, qaz boru kəmərlərində baş verən partlayışlarla bağlı istintaqın təfərrüatları şəffaf araşdırma zamanı aşkar edilməlidir, lakin hazırda belə bir araşdırma aparılmır və bütün vəziyyətdə "iş təmiz getmir".

"Biz bu cür nəşrlərin nə dərəcədə doğru olduğunu bilmirik, ancaq orada işlərin təmiz getmədiyini, məncə, hamı düşünür", - deyə dövlət başçısının mətbuat katibi bildirib.

Xatırladaq ki, terror aktı ötən il sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəməri - "Şimal axını" və "Şimal axını-2"də baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.