Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Lukaşenko Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışıb

Belarus prezidenti qeyd edib ki, KTMT ölkələrinin 2035-ci ilə qədər olan dövr üçün təşkilatın kollektiv təhlükəsizliyinin yeni strategiyasının konsepsiyası üzərində düşünməsi məqsədəuyğundur.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Ermənistan və Azərbaycan arasında münaqişənin aradan qaldırılması üçün tərəflər qarşılıqlı məqbul həll yolu tapmağa çalışmalıdır. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT ölkələrinin təhlükəsizlik şuralarının katibləri ilə görüşündə deyib.
Prezident vurğulayıb ki, KTMT məkanında münaqişələrdən, xüsusən də silahlı münaqişələrdən uzaqlaşmaq lazımdır.

"Bunlardan biri də Ermənistanla Azərbaycan arasındakı münaqişədir. Səbr və problemin həllini tapmaq cəhdləri həm Ermənistana, həm də Azərbaycana sərfəli olmalıdır", - Lukaşenko qeyd edib.

Belarus prezidenti qeyd edib ki, KTMT ölkələrinin 2035-ci ilə qədər olan dövr üçün təşkilatın kollektiv təhlükəsizliyinin yeni strategiyasının konsepsiyası üzərində düşünməsi məqsədəuyğundur.
Onun sözlərinə görə, bu zərurət həm də onunla bağlıdır ki, mövcud sənəd 2016-cı ildə qəbul edilib və 2025-ci ilə qədər hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.