RUSİYA

Kiyev rejimi bir il müddətində tam bir terrorçuya çevrilib – Zaxarova

Kiyev rejimi, onların silahlı qüvvələrinə çoxlu sayda əcnəbi daxil olduğu üçün beynəlxalq səviyyədə tam bir terrorçu rejimə çevrilib.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Kiyev rejimi bir il ərzində tam bir terrorçuya çevrilib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Beynəlxalq ictimaiyyətin gözü qarşısında Kiyev rejimi bu il tam bir terrorçu rejimə çevrilib. Yalnız daha çox vacib olan bir detal var - beynəlxalq səviyyədə. Çünki onların silahlı qüvvələrinə çoxlu sayda əcnəbi daxildir", -deyə o, "Соловьев Live"nin efirində söyləyib.

"İkincisi, bütün ekspertlərin dediyi kimi, idarəetməni anqlosakslar əl ilə həyata keçirirlər - bu, Britaniya və ABŞ-dır. Üçüncüsü, bütün siyasi struktur xaricdən hazırlanaraq həyata keçirilib. Dördüncüsü, bu rejimin mövcudluğunun bütün maddi, maliyyə, iqtisadi, texniki əsaslandırılması xaricdən gəlir", - deyə o, fikrini ifadə edib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə reaksiya vermək mümkün deyildi".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.