BAKI, 8 iyun — Sputnik. ABŞ Geoloji Tədqiqat Xidməti Havay Vulkan Rəsədxanası 2023-cü il iyunun 7-də veb-kamera ilə çəkilmiş görüntülərdə Kilauea zirvəsində parıltı müşahidə edib. Bu, Havay Vulkanlar Milli Parkı ərazisindəki Kilauea Halemaumau zirvəsinin vulkanik kraterində püskürmənin başlanmasından xəbər verib.
Yerli sakinlər sosial şəbəkələrdə maqmanın səthə necə sıçradığını paylaşıblar. Təhlükəsizlik məqsədilə xilasedicilər turistlərə vulkanın yaxınlığındakı əraziyə yaxınlaşmamağı tövsiyə edirlər.
Lava axınları hazırda Halemaumau kraterinin dibini əhatə edir. Regionda "qırmızı" aviasiya təhlükəsi kodu elan edilib. Kilauea vulkanı dünyada ən aktiv vulkanlardan biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.