AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ceyhun Bayramovla Mirzoyanın Vaşinqton görüşü təxirə salınıb

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.
"Sputnik Armenia"ya xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
O, danışıqların yeni raundunun tarixinin daha sonra açıqlanacağını deyib.
Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan Ceyhun Bayramov arasında Vaşinqtonda danışıqlar 4 gün (1-4 may) davam edib.
Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.