DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BRİKS-in vahid valyutası ABŞ iqtisadiyyatının çökməsinə səbəb olacaq

Yeni valyuta dollara qarşısıalınmaz ziyan vura bilər.
Sputnik
BAKI, 8 iyun — Sputnik. BRİKS ölkələrinin öz valyutalarını dövriyyəyə buraxması dollara qarşısıalınmaz ziyan vura və ABŞ iqtisadiyyatının çökməsinə səbəb ola bilər.
Bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Ceyms Rikards "The Daily Reckoning" jurnalında dərc olunan məqaləsində deyib.

"Bu, dolların qlobal rolunu zəiflədə və nəticədə onu aparıcı ödəniş və ehtiyat vasitəsi kimi sıradan çıxara biləcək yeni əsas valyutanın dövriyyəyə buraxılması ilə bağlıdır", - deyə Rikards bildirib.

O, həmçinin vurğulayıb ki, BRİKS-in yeni valyutası Qərbin hegemonluğu üçün ciddi təhlükə yaradacaq. Eyni zamanda ABŞ-ın davamlı sanksiya təzyiqi səbəbindən digər dövlətlər də dollardan imtina edə bilərlər.
Rikards əlavə edib ki, bu, son nəticədə ABŞ valyutasına inamın çökməsinə gətirib çıxaracaq. Hazırda isə bütün dünya beynəlxalq valyuta sistemini "silkələyə" biləcək BRİKS-in inkişafını izləyir.
Bundan əvvəl ABŞ-ın keçmiş konqresmeni Ron Pol bildirib ki, BRİKS ölkələri dolların qlobal dominantlığına artıq zərbə vurub. O əlavə edib ki, tezliklə bütün ölkələr ABŞ valyutası ilə hesablaşmalardan imtina etməyə başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.