DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Prokurorluğu Trampı ona qarşı cinayət təhqiqatı ilə bağlı xəbərdar edib

Araşdırma Trampın məxfi sənədlərə malik olması ilə bağlıdır.
Sputnik
BAKI, 8 iyun — Sputnik. ABŞ prokurorları ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı cinayət təhqiqatı barədə məlumat veriblər. "Politico" qəzeti mənbəyə istinadən bu barədə xəbər verib.
"Federal prokurorlar keçmiş Prezident Donald Trampı onun barəsində cinayət işi aparıldığı barədə yazılı şəkildə xəbərdar ediblər". – Məqalədə belə deyilir.
"ABC News" telekanalının məlumatına görə, araşdırma Trampın məxfi sənədlərə malik olması ilə bağlıdır.
Trampın özü bundan əvvəl "Truth Sosial" sosial şəbəkəsində heç kimin ona ittihamlar barədə məlumat vermədiyi və "səhv heç nə etmədiyi" barədə bəyanat yaymışdı.
Bazar ertəsi "Washington Post" qəzeti Trampın vəkillərinin Ədliyyə Departamentində məxfi sənədlərlə düzgün işlənilməməsi ilə bağlı işi müzakirə etdiyini bildirib. Məlumatlı mənbəyə istinad edən nəşrin məlumatına görə, eks-prezidentin vəkilləri müvəkkillərinə qarşı ittiham irəli sürməməkdən ötrü hakimiyyəti inandırmaq üçün Ədliyyə Nazirliyinə gəliblər.
Gizli sənədlərin saxlanmasının qanuniliyi ilə bağlı suallar bir sıra amerikalı siyasətçilərə toxunub. Belə ki, məxfi sənədlər təkcə keçmiş Prezident Donald Trampın Floridadakı şəxsi mülkündə deyil, həm də onun keçmiş vitse-prezidenti Mayk Pensin ixtiyarında, eləcə də hazırkı Amerika lideri Co Baydenin iki evində və şəxsi ofisində tapılıb. Daha əvvəl məlum olmuşdu ki, Ədliyyə Departamenti Pensin məxfi sənədlərlə səhv davranması ilə bağlı araşdırmanı başa çatdırıb və ona qarşı heç bir ittiham irəli sürülməməsinə qərar verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.