RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zaxarova: Qərbin Kaxovskaya SES-in zədələnməsinə reaksiyası proqnozlaşdırıla bilən idi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Qərb hər şeydə Rusiyanı günahlandırmaq arzusundadır.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Qərb ölkələrinin Kaxovskaya su elektrik stansiyasının partlamasına reaksiyası tamamilə proqnozlaşdırıla bilən idi.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik radiosunun efirində deyib.
"Bütün belə situasiyalarda Qərbin reaksiyasını 100% proqnozlaşdırmaq olar. Bu, həqiqətən baş verib-verməməsindən və ya təxəyyülün məhsulu olmasından asılı olmayaraq, baş verən hər şeyə görə Rusiyanı günahlandırmaq istəyidir", - deyə Zaxarova bildirib.
O, həmçinin əlavə edib ki, Moskvaya qarşı Kaxovskaya su elektrik stansiyasında terror aktı ilə bağlı bütün ittihamlar Rusiyaya qarşı informasiya müharibəsinin tərkib hissəsidir və bu, Ukraynaya maliyyənin artırılması üçün lazımdır. Mariya Zaxarovanın fikrincə, bu yolla Qərb ölkələri Kiyevə külli miqdarda vəsait ayırdıqlarına görə öz xalqı qarşısında özlərinə haqq qazandırmağa çalışırlar.
Eyni zamanda, Zaxarova vurğulayıb ki, Kaxovskaya SES-də terror aktı ilə bağlı vəziyyət beynəlxalq araşdırmanın tərkib hissəsi olmalıdır ki, bütün dünya bu işdə kimin günahkar olduğunu bilsin.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Ukrayna əks-hücum əməliyyatının uğursuzluğuna görə Kaxovka SES-ə hücum edib, çünki onların bütün cəhdləri "məhv olur".