BAKI, 7 iyun — Sputnik. Kiyevin qərb müttəfiqləri münaqişənin sülh yolu ilə həlli üçün Moskvadan siqnallar gözləyirlər.
Bunu Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra jurnalistlərə deyib.
“Düşünürəm ki, hamımız sülhün olmasını istəyirik, lakin tanqo rəqsi üçün iki nəfər lazımdır. Biz hələ də Rusiyadan siqnal gözləyirik”, – deyə Danimarkanın Baş naziri bildirib.
Bundan əlavə, Frederiksen qeyd edib ki, Qərb ölkələrindən heç biri Kiyevsiz heç nə etmək niyyətində deyil.
Xatırladaq ki, bu il may ayının sonunda məlum olub ki, Danimarka və Hollandiya Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotlarına F-16 qırıcılarında təlim keçmək üçün koalisiyaya rəhbərlik edəcəklər. Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə silah tədarükünün əlaqələndirilməsi üzrə çoxmillətli qrupun iclasından, bir sıra Qərb ölkələri ukraynalı pilotlara qırıcı təyyarələrdən istifadə etmək üçün təlim keçmək planlarını müzakirə etdikdən sonra bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.