NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

İran bu ölkələrlə qaz qovşağı yaratmağı planlaşdırır

İran İslam Respublikasının neft naziri bildirib ki, Rusiya, Qətər və Türkmənistanla əməkdaşlıq edərək Assaluye bölgəsində qaz qovşağı yaratmağı planlaşdırırlar.
Sputnik
BAKI, 7 iyun — Sputnik. İran Rusiya, Qətər və Türkmənistanın iştirakı ilə Fars körfəzinin şimal sahilində Buşehr əyalətində yerləşən Assaluye sənaye rayonunda qaz qovşağı yaratmağı planlaşdırır. Bu barədə İran İslam Respublikasının neft naziri Cavad Ouci bildirib.
"Biz dünyada ikinci ən böyük qaz ehtiyatlarına malikik. Ona görə də Rusiya, Qətər və Türkmənistanla əməkdaşlıq edərək Assaluye bölgəsində qaz qovşağı yaratmağı planlaşdırırıq", - iranlı nazir bildirib.
Ouci layihənin həyata keçirilməsi üçün mümkün şərtləri açıqlamayıb.