HADİSƏ

Qubada iki maşın toqquşub, ölənlər var

Faktla bağlı araşdırmalar davam etdirilir.
Sputnik
BAKI, 7 iyun - Sputnik. Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, “VAZ 2106” və “Opel” markalı maşınlar toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.