DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib

Səfər iyunun 9-dək davam edəcək
Sputnik
BAKI, 7 iyun - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-də Rusiyaya işgüzar səfərə gedib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər iyunun 9-dək davam edəcək.
Məlumata görə, Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının hökumətlərarası, eləcə də MDB ölkələrinin hökumət başçılarının iclasına da qatılacaq.