BAKI, 7 iyun — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin Kaxovskaya Su Elektrik Stansiyasının bəndinə hücumu terror aktı və hərbi cinayətdir, genişmiqyaslı humanitar və ekoloji fəlakətə gətirib çıxarıb. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Rusiya Federasiyası senatorları adından sırf dinc mülki infrastruktura qarşı terror aktını pislədiyimi və dərin qəzəbimi bildirmək istəyirəm. Kaxovskaya Su Elektrik Stansiyasının bəndinin dağıdılması terror aktıdır və dəhşətli müharibə cinayətidir. Üstəlik, bu, çox ciddi, irimiqyaslı humanitar və ekoloji fəlakətə gətirib çıxaran əvvəlcədən planlaşdırılmış, düşünülmüş fəaliyyətdir", - Matviyenko Federasiya Şurasının iclasında bildirib.
Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov ötən gün bildirib ki, Moskvanın Ukrayna hakimiyyətini ittiham etdiyi Kaxovskaya SES-in bəndinin partladılmasında məqsədlərdən biri də Krıma suyun axınını kəsmək cəhdidir.
MAQATE Kaxovskaya Su Elektrik Stansiyasına dəyən ziyan barədə məlumatlardan xəbərdardır. Agentliyin ekspertləri Zaporojye AES-də vəziyyəti izləyirlər. Hazırda Kaxovskaya SES-dəki vəziyyət ZAES-in təhlükəsizliyinə heç bir təhlükə yaratmır.