SƏHİYYƏ

Azərbaycanda gözün buynuz qişası bankı yaradılacaq

Həkim bildirib ki, hazırda buynuz qişa transplantasiyası əməliyyatı xaricdən gətirilən donor hesabına həyata keçirilir
Sputnik
BAKI, 7 iyun — Sputnik. Yaxın zamanlarda ölkəmizdə gözün buynuz qişası bankı yaradılacaq.
Bunu Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Bioloji obyektlərdə və mulyajlarda praktiki bacarıqların öyrədilməsi laboratoriya şöbəsinin müdiri Mətanət Əfəndiyeva deyib.
Həkim bildirib ki, hazırda buynuz qişa transplantasiyası əməliyyatı xaricdən gətirilən donor hesabına həyata keçirilir: "Lakin yaxın zamanlarda ölkə daxilində buynuz qişası bankı yaradılması nəzərdə tutulub".