Mətbuat mərkəzi

2023-cü ilin yayı necə keçəcək?

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Yaşıllar Hərəkatının sədri, ekspert-ekoloq Fəridə Hüseynova danışacaq.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Azərbaycanda 2023-cü ilin yazı kifayət qədər sərin keçib. Rayonlarda tez-tez yağıntılar müşahidə olunub ki, bu da sel və daşqınlara səbəb olub.
İnanclara görə, yazın sərin keçməsi yayın isti keçməsinə gətirib çıxarır. Lakin planetin mənzərəsini sürətlə dəyişən iqlim dəyişikliyi çox vaxt uzun illərin inanclarını və müşahidələrini təkzib edir.
Mütəxəssislərin müşahidələrinin nəyi göstərdiyini və 2022-ci ildə müşahidə olunan isti və quraq günlər ərzində rekordların təkrarlanmasını gözləməli olub-olmaması barədə 14 iyun, saat 12: 00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Yaşıllar Hərəkatının (AYH) sədri, ekspert-ekoloq Fəridə Hüseynova danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.