DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Uçan avtomobillərin 2029-cu ilin sonunadək həyatımızda peyda olacağı vəd edilib

"Hyundai"ın iddialı səyləri bu avtomobilin olduqca adi və gündəlik olacağı gələcəyə işarə edir.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Uçan avtomobillər uzun müddətdir ki, elmi fantastika həvəskarlarının arzusu olub. Çox tezliklə isə onlar reallığa çevrilə bilərlər.
Hər halda, Böyük Britaniyadakı "Hyundai" şirkətinin rəhbəri Maykl Koul belə deyir. "Top Gear"a verdiyi müsahibəsindədə o, belə futuristik nəqliyyat vasitəsinin potensialından bəhs edib.
Koul etiraf edib ki, biz "şəhər hava hərəkətliliyi"ndən istifadə edərək malların şəhərdaxili çatdırılmasının bəzi tətbiqlərini görə bilərik.
Doğrudur, o, sərnişinlər üçün uçan avtomobillərin artıq bu onilliyin sonlarına doğru peyda olacağını gözləyir. Özü də, kiçik miqyasda.
Qeyd edək ki, "Hyundai" daha əvvəl "CES 2020" sərgisində avtonom şaquli qalxma və eniş aparatlarını nümayiş etdirib. Onların törəmə şirkəti olan "Supernal" qabaqcıl hava avtomobillərin inkişafı ilə məşğuldur.
Uçan avtomobillər bizim üçün hələ reallığa çevrilməsə də, "Hyundai"ın iddialı səyləri bu avtomobilin olduqca adi və gündəlik olacağı gələcəyə işarə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.