BAKI, 6 iyun — Sputnik. Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron, Samux rayonlarında yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışı davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzillərdən artıq 200-ə yaxını satılıb.
Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub.
Hazırda 1400-dən çox mənzilin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir.
Mənzillərdən maksimum 3 mənzili bron etmək imkanı verilir.
Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda ("Stansiya Sumqayıt" kimi tanınan ərazi) və Samux rayonunda yeni binalarda yerləşən həmin mənzillər hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb.
Mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.