BAKI, 6 iyun — Sputnik. MAQATE Kaxovskaya Su Elektrik Stansiyasına dəyən ziyan barədə məlumatlardan xəbərdardır. Agentliyin ekspertləri Zaporojye AES-də vəziyyəti izləyirlər. Hazırda Kaxovskaya SES-dəki vəziyyət ZAES-in təhlükəsizliyinə heç bir təhlükə yaratmır.
Bunu MAQATE-dən bildiriblər.
"MAQATE... Kaxovskaya SES-ə dəyən ziyanla bağlı məlumatlardan xəbərdardır. MAQATE-nin ekspertləri Zaporojye Atom Elektrik Stansiyasının vəziyyətini diqqətlə izləyirlər. Stansiyada nüvə təhlükəsizliyinə birbaşa təhdid yoxdur", - deyə agentlik "Twitter"də bildirib.
Bundan əvvəl bildirilmişdi ki, ötən gecə atəşə tutulması nəticəsində SES-in yuxarı hissəsi dağılıb, Kaxovka su anbarının özünün bəndi isə dağılmayıb. Suyun nizamsız axıdılması baş verir. Hələlik əhalinin təxliyəsinə ehtiyac yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.