BAKI, 6 iyun — Sputnik. Bu ilin yanvar-mart aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımalarından əldə olunan gəlir 104 897,1 min manat təşkil edib ki, bu da illik müqayisədə 48,4% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 70 960 min manat səviyyəsində olub.
Bildirilir ki, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir 1 735,6 min manat olub, bu isə 2,6 dəfə artım deməkdir.
Qeyd etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövründə qeyd olunan nəqliyyat növü ilə sərnişin daşımalarından əldə olunan gəlir 657,6 min manat təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda dəmir yolu ilə 4 457,4 min ton yük və 1 509,5 min sərnişin daşınıb, bu da illik müqayisədə müvafiq olaraq 17% və 60% çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.