BAKI, 6 iyun — Sputnik. Əksər Asiya ölkələri NATO-nun Şərqə doğru genişlənmək istəyi ilə bağlı çox aydın mövqeyə malikdir və alyansın regiona "çadırlarını" qurmasını bəyənmir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin brifinqdə bildirib ki,
Daha əvvəl "Financial Times" məlumatlı mənbələrə istinadən yazıb ki, Fransa prezidenti Emmanuel Makron Çinlə münasibətləri gərginləşdirmək istəmədiyi üçün NATO-nun Tokioda ofis açmaq təklifinə qarşı çıxıb. Nəşrin yazdığına görə, Paris hesab edir ki, alyansın nizamnaməsi onun fəaliyyət dairəsini "Şimali Atlantika" ilə məhdudlaşdırır. Mənbənin sözlərinə görə, Fransa NATO ilə Çin arasında gərginliyə səbəb olan addımları dəstəkləmək istəmir.
"Biz müvafiq hesabatları nəzərə almışıq. NATO dəfələrlə açıq şəkildə bəyan edib ki, təşkilatın regional alyans kimi mövqeyi dəyişməyib və NATO coğrafi genişlənməyə can atmır. Asiya Şimali Atlantikanın coğrafi sərhədlərinə daxil deyil. və NATO-nun Asiya-Sakit Okean variantını yaratmağa ehtiyac yoxdur, lakin NATO regional işlərə qarışmaq və "çadır" qurmaq üçün Asiya-Sakit Okean regionuna doğru hərəkət etmək fikrindədir", - Vanq bildirib.
Diplomat qeyd edib ki, NATO-nun müvafiq addımları beynəlxalq ictimaiyyətin, xüsusilə Asiya ölkələrinin sayıqlığının artmasına səbəb olub.
"Region ölkələrinin əksəriyyəti bu məsələdə çox aydın mövqeyə malikdirlər: onlar regionda müxtəlif hərbi blokların yaradılmasına qarşıdırlar, NATO-nun Asiyaya doğru genişlənlənməsini qəbul etmirlər", - deyə o qeyd edib.
Çin diplomatının fikrincə, NATO bu məsələdə ehtiyatlı davranmalı, Yaponiya isə regional sabitlik və inkişaf maraqlarına cavab verən düzgün qərar qəbul etməli, region ölkələri arasında qarşılıqlı etimadı sarsıdan və regiona ziyan vuran hərəkətlərdən çəkinməlidir.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının Tokioda ofisinin açılması ilə bağlı müzakirələrin aparıldığını təsdiqləyib. Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi də daha əvvəl Yaponiyada ofis açmaqla bağlı müzakirələr apardığını açıqlamışdı. NATO-nun Tokiodakı Əlaqə Bürosu Asiyada ilk belə bir qurum olacaq. İndiyədək alyansdan kənar oxşar qurumlar yalnız Ukrayna və Gürcüstanda açılıb. Yaponiya ilə yanaşı, alyans Cənubi Koreya və Avstraliyanı Hind-Sakit okean regionunda tərəfdaşlar hesab edir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl qeyd edib ki, NATO-nun Tokioda ofis açmaq planları alyansın Asiya-Sakit okean regionunda möhkəmlənmək niyyətinin əməli sübutudur. O əlavə edib ki, Şimali Atlantika blokunun Asiyada irəliləməsi bu regionun militarizasiyasına və blok qarşıdurmasının güclənməsinə gətirib çıxaracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.