MƏDƏNİYYƏT

Tayland tarixində ilk dəfə: Kral Orkestrini idarə edən azərbaycanlı dirijor

Banqkokda Azərbaycan teatrının baş dirijorunun debüt tamaşası böyük uğurla keçib.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Banqkok Beynəlxalq Mədəniyyət Mərkəzinin Böyük zalında Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə "Royal Bangkok Symphony Orchestra"nın (Kral Simfonik Orkestri) konserti olub. Bu barədə "Sputnik Azərbaycan"a dirijorun özü məlumat verib.
Tədbir musiqi qrupunun yaradıcısı - Tailand şahzadəsi Sirivannavari Nariratananın dəstəyi ilə keçirilib. Tailand tarixində ilk dəfə olaraq Kral Simfonik Orkestrini azərbaycanlı idarə edib.
Azərbaycanlı dirijor Əyyub Quliyevin dirijorluğu ilə "Royal Bangkok Symphony Orchestra"nın (Kral Simfonik Orkestri) konserti
Konsert proqramına ən mürəkkəb orkestr əsərləri - İqor Stravinskinin "Simurq quşu" baletindən süita (1919-cu il versiyası), Pyotr Çaykovskinin "İtalyan kapriççiosu", həmçinin Sergey Raxmaninovun "Paqanini mövzusunda rapsodiya" daxildir.
Tamaşaçılar uzun müddət orkestri və dirijoru səhnədən buraxmaq istəməyiblər. Musiqiçilər onlar üçün Corc Bizenin "Arlezianka" süitasından fraqmentləri "bis" kimi ifa ediblər.
1 / 3

Azərbaycanlı dirijor Əyyub Quliyevin dirijorluğu ilə "Royal Bangkok Symphony Orchestra"nın (Kral Simfonik Orkestri) konserti.

2 / 3

Azərbaycanlı dirijor Əyyub Quliyevin dirijorluğu ilə "Royal Bangkok Symphony Orchestra"nın (Kral Simfonik Orkestri) konserti.

3 / 3

Azərbaycanlı dirijor Əyyub Quliyevin dirijorluğu ilə "Royal Bangkok Symphony Orchestra"nın (Kral Simfonik Orkestri) konserti.

Konsertin sonunda musiqisevərlər çıxışına görə azərbaycanlı dirijora təşəkkür ediblər.
Qeyd edək ki, Əyyub Quliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.