RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Müdafiə Nazirliyi: Ukrayna SQ-nin genişmiqyaslı hücumunun qarşısı alınıb

Hücum zamanı ümumilikdə altı mexanikləşdirilmiş və iki tank batalyonu cəlb olunub. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, cəbhənin ən həssas sektorunda Rusiyanın müdafiə xəttini yarmaq cəhdi olub.
Sputnik
BAKI, 5 iyun — Sputnik. İyunun 4-də Ukrayna Silahlı Qüvvələri cəbhənin Cənubi-Donetsk istiqamətində beş tərəfdən genişmiqyaslı hücuma başlayıb. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bildirib.
"İyunun 4-də səhər saatlarından etibarən düşmən Cənubi-Donetsk istiqamətində cəbhənin beş hissəsində Ukrayna Silahlı Qüvvələrinin strateji ehtiyatlarının heyətindən olan 23-cü və 31-ci mexanikləşdirilmiş briqadaların digər hərbi hissə və bölmələrin dəstəyi ilə döyüşə daxil edilməsi ilə irimiqyaslı hücuma başladı", - deyə Konaşenkov bildirib.
O əlavə edib ki, hücuma Ukrayna Silahlı Qüvvələrinin altı mexanikləşdirilmiş və iki tank batalyonu cəlb edilib. Məqsəd, onların fikrincə, cəbhənin ən həssas hissəsində Rusiya müdafiəsini yarmaq olub.

"Düşmən öz vəzifələrinə nail olmadı, uğur qazana bilmədi. "Şərq" qoşunlarının bacarıqlı və savadlı hərəkətləri nəticəsində USQ-nin itkisi 250 nəfərdən çox şəxsi heyət, 16 tank, üç döyüş piyadası maşını, 21 döyüş zirehli maşını təşkil edib", - deyə Konaşenkov vurğulayıb.

Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, hücum zamanı birləşmiş qoşun qruplaşmasının komandiri - RF Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov bu istiqamətdə qabaqcıl idarəetmə məntəqələrindən birində olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.