RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rudenko İndoneziyanın Ukrayna münaqişəsinin nizamlanması planına münasibət bildirib

Rusiya xarici işlər nazirinin müavini bildirib ki, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş istənilən dövlətin səylərini alqışlayırlar.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Moskva Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş istənilən dövlətin səylərini alqışlayır. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko İndoneziyanın Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması planı barədə məlumatı şərh edərkən bildirib.

"Biz bu münaqişənin sülh yolu ilə həllinə yönəlmiş istənilən dövlətin səylərini alqışlayırıq", - nazir müavini deyib.

"Bildiyim qədər, bu barədə bizdə rəsmi məlumat yoxdur, bu barədə KİV-dən eşitmişik", - Rudenko əlavə edib.
Bundan əvvəl İndoneziyanın müdafiə naziri Prabovo Subianto Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması planını təklif etmişdi ki, bu plana xüsusilə atəşkəs, silahsızlaşdırılmış zonanın yaradılması və BMT sülhməramlılarının yerləşdirilməsi daxildir. Bu təşəbbüs onun şənbə günü Sinqapurda davam edən "Shangri-La Dialogue" təhlükəsizlik konfransında çıxışı zamanı açıqlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.