RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov: Putin Ali Baş Komandan kimi XHƏ mövzusuna lazım olan qədər vaxt ayırır

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Sputnik
BAKI, 5 iyun - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ali Baş Komandan kimi Ukraynadakı xüsusi hərbi əməliyyat (XHƏ) mövzusuna lazım olan qədər vaxt ayırır.
Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov Moskvada jurnalist Pavel Zarubinin "Moskva. Kreml. Putin" verlişində sualını cavablandırarkən bildirib.
“Mən sizə bu şəkildə deyim ki, Rusiya Federasiyası kimi bir ölkənin prezidenti, Ali Baş Komandanın ümumi rəhbərliyi həyata keçirməsi lazım olduğu qədər, faktiki olaraq gecə-gündüz vəzifə başındadır”, - deyə Kremlin mətbuat katibi bildirib.
Bu yaxınlarda Peskov qeyd edib ki, Putin Rusiyanın məqsədlərinə xüsusi hərbi əməliyyatdan başqa digər vasitələrlə nail olmaq üçün istənilən təmaslara açıqdır, lakin Qərb hələlik başqa çıxış yolu buraxmır.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.