BAKI, 5 iyun — Sputnik. Rusiya OPEC+ çərçivəsində mövcud olan ümumi razılaşmalara əməl edəcək. Bu format beynəlxalq enerji bazarlarında sabitliyin təmin edilməsi üçün çox vacibdir.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov təşkilatın neft hasilatının azaldılması qərarını şərh edərkən bildirib.
"Rusiya bu birgə anlaşmanın üzvüdür. Format öz işini davam etdirir. Hamının onlara əməl edəcəyi ümumi razılaşmalar var. Onu da əlavə etmək istərdim ki, təbii ki, bu format beynəlxalq enerji bazarlarında sabitliyi təmin etmək üçün öz əhəmiyyətini saxlayır", - deyə Peskov bildirib.
Qeyd edək ki, OPEC+ bazar günü keçirilən iclasdan sonra neft razılaşmasının 2024-cü ilə qədər uzadıldığını və alyansın ümumi hasilatının gələn ildən gündəlik 1,4 milyon barel azalacağını açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.