SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mirzoyan: "Türkiyə danışıqlarda heç bir ilkin şərt irəli sürməyib"

Ermənistanın xarici işlər naziri bildirib ki, hər iki tərəf dəfələrlə bəyan edib ki, heç bir ilkin şərt yoxdur və məqsəd münasibətlərin tənzimlənməsidir.
Sputnik
BAKI, 5 iyun — Sputnik. "Türkiyə iki ölkə arasında münasibətlərin normallaşması prosesində ilkin şərt irəli sürməyib".
"Sputnik-Armeniya" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deyib.

"Hər iki tərəf dəfələrlə bəyan edib ki, heç bir ilkin şərt yoxdur və məqsəd münasibətlərin tənzimlənməsidir", - Ermənistan XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, bununla bağlı bir sıra yüksək vəzifəli məmurlar tərəfindən dəfələrlə müxtəlif fikirlər səsləndirilib.
A.Mirzoyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi üçün Ankaraya səfəri və onun ikinci sırada əyləşməsinə də münasibət bildirib:
"Bu, protokol məsələsidir, bütün baş nazirlər ikinci cərgədə oturmuşdular".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.