SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan və onun havadarları bu reallığı qəbul etmək istəmir - XİN rəhbəri

Azərbaycanın xarici işlər naziri bildirib ki, indi gənc diplomatlar bu proseslərdə birbaşa iştirak edəcəklər və buna görə də bu ixtisasın daşıdığı məsuliyyəti dərk etməlidirlər.
Sputnik
BAKI, 5 iyun — Sputnik. "Qırx dörd günlük müharibənin başa çatması regionda yeni reallıq yaradıb. Ermənistan və onun havadarları bu reallığı qəbul etmək istəmir, təxribatlarını davam etdirirlər".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində diplomatlar üçün "Xarici siyasət" proqramının bağlanış mərasimində deyib.
Nazir bildirib ki, hazırda regionda çox mühüm proseslər baş verir.
O əlavə edib ki, indi gənc diplomatlar bu proseslərdə birbaşa iştirak edəcəklər və buna görə də bu ixtisasın daşıdığı məsuliyyəti dərk etməlidirlər.
Nazir 38 gənc mütəxəssisin iştirak etdiyi proqramın icrasının uğurla həyata keçdiyini qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.