RUSİYA

Rusiya regionunda hərbi komissarlığın yandırılması cəhdinin qarşısı alınıb

Çelyabinsk Mərkəzi rayon Məhkəməsi həbs olunan şəxsə tezliklə qətimkan tədbiri seçəcək.
Sputnik
BAKI, 4 iyun - Sputnik. Çelyabinsk vilayətində təhlükəsizlik qüvvələri hərbi komissarlığı yandırmaq cəhdinin və təxribatın qarşısını alıblar.
Rusiyanın Çelyabinsk vilayətində hərbi komissarlığı yandırmağa və dəmir yolunun bir hissəsində təxribat törətməyə cəhd edən şübhəli şəxs saxlanılıb.
Bu barədə RİA Novosti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verib.
Vəziyyətlə tanış olan qurumun hüquq-mühafizə orqanlarındakı həmsöhbəti bildirib ki, hüquq-mühafizə orqanlarının nümayəndələri rayon polisi ilə birlikdə Müdafiə Nazirliyinin ərazi qurumlarından birinin, habelə nəqliyyat infrastrukturu obyektinin - Maqnitoqorskdakı hərbi komissarlığın və Cənubi Ural dəmir yolu hissəsinin məhv edilməsinin qarşısını alıblar.
"Törədilmiş əməllərdə iştirak etməkdə şübhəli bilinən vətəndaş saxlanılıb", — mətbuat xidmətindən bildirilib.
RİA Novosti-nin mənbəsinin məlumatına görə, saxlanılan şəxs pul müqabilində Ukrayna xüsusi xidmət orqanlarının maraqlarına uyğun hərəkət edib.
FTX-nin İstintaq şöbəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 205-ci maddəsinin 1-ci hissəsi (“Terror aktına cəhd”), 281-ci maddəsi (“Təxribat”) ilə saxlanılan şəxsə cinayət işi açılaraq müvafiq olaraq maksimum 20 ilədək azadlıqdan məhrum etmə və ömürlük həbs cəzasını nəzərdə tutur.
Çelyabinsk Mərkəzi rayon Məhkəməsi həbs olunan şəxsə tezliklə qətimkan tədbiri seçəcək.