DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İqtisadçı: ABŞ və Aİ qarşısında borc öhdəlikləri Ukraynanı məhv edəcək

Palermo əminliklə bildirib ki, indi Ukrayna beynəlxalq kreditlər hesabına “ayaqda qalır”, ancaq onları qaytarmaq şansı yoxdur.
Sputnik
BAKI, 4 iyun - Sputnik. ABŞ və Aİ qarşısında borc öhdəlikləri Ukraynanı məhv edəcək.
Bunu iqtisadçı Culio Palermo “l'Antidiplomatico” nəşrinə müsahibəsində qeyd edib.
İqtisadçı vurğulayıb ki, ABŞ Ukraynadan Rusiyaya qarşı mübarizə aparmaq və Moskva ilə Brüssel arasında əlaqələri pozmaq üçün alət kimi istifadə edir.
Palermo əminliklə bildirib ki, indi Ukrayna beynəlxalq kreditlər hesabına “ayaqda qalır”, ancaq onları qaytarmaq şansı yoxdur.
Bildirilir ki, mayda Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın aktivlərin idarə edilməsi üzrə “BlackRock” şirkətinin rəhbərliyi ilə dövlətin bərpası üçün investisiya fondunun yaradılmasını müzakirə edib.