HADİSƏ

Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb – FAKTİKİ HAVA

Havanın temperaturu: iyunun 3-də iqlim normasından 3.6° yuxarı olub
Sputnik
BAKI, 4 iyun - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 4-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı: Oğuzda 12.0 mm, Tovuz, Şəmkirdə 9.0 mm, Şəkidə 8.0 mm, Qaxda 6.0 mm, Ağstafada 4.0 mm, Qəbələ, Ceyrançöldə 2.0 mm, Zaqatala, Daşkəsən, Balakən, Şahdağ, Yevlaxda 1.0 mm-dək olub.
Havanın temperaturu: iyunun 3-də iqlim normasından 3.6° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31°-dək isti, Naxçıvanda 33°-dək isti, dağlıq rayonlarda 24°-dək isti, yüksək dağlıq ərazilərdə 14°-dək isti, aran rayonlarında 33°-dək isti olub.
Yağışlarla əlaqədar Oxçuçay-Bürünlüdə və Vəlvələçay-Afurcada suyun səviyyəsi 5 sm, Qaraçay-Rükdə 4 sm, Kür-Qıraqkəsəməndə və Tərtərçay-Kəlbəcərdə 3 sm, Əyriçay-Ağyazıda 2 sm, Kür çayının aşağı axınında Zərdab məntəqəsində 5 sm, Kür-Surrada 30 sm, Kür-Şirvanda 6 sm, Kür-Salyanda isə 3 sm artım olub. Tovuz rayonu ərazisinə yağan güclü leysan nəticəsində Əsrikçayda suyun səviyyəsi 3 iyun saat 21:20-dən saat 22:55-dək 63 sm artmış və saat 22:40-dan 23:55-dək çaydan qısamüddətli sel keçib.