BAKI, 4 iyun - Sputnik. 2023-cü ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimal olunur.
APA xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televizyasına müsahibəsində deyib.
"Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. İntensivlik bu cür davam edərsə və beynəlxalq birliyin güclü köməyi olarsa ilin sonuna qədər sülh sazişinin imzalaması imkanı var. Biz razılaşmanı mümkün qədər tez imzalamaq əzmindəyik", - deyə Qriqoryan bildirib.
Qriqoryan deyib ki, Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, Ermənistan həyata keçirəcək.
“Bu, artıq bütün iştirakçı tərəfdaşlara aydındır ki, sərhədlərə bütün nəzarət Ermənistan tərəfinin nəzarəti altında olacaq", - deyə o qeyd edib.