DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Uçuş sirləri: Bilmədiyimiz nələr var?

Uçuşlar haqqında nələri bilmirik və aviasəyahətin hansı təfərrüatlarını əvvəlcədən öyrənmələyik? Uçuş üzrə mütəxəssislər öz insayder məsləhətlərini bölüşüblər.
Sputnik
BAKI, 3 iyun — Sputnik. Məzuniyyət zamanı çoxları, çox güman ki, səyahətə çıxmaq imkanı haqqında düşünürlər. Kimisi maşınla və ya qatarla, kimisi isə təyyarə ilə səyahət edir. Təyyarənin göyərtəsində olan hər kəsə havada "sağ qalmağın" kiçik sirlərini öyrənmək, şübhəsiz ki, faydalı olacaq. Aviasəyahətlər üzrə ekspertlər öz məsləhətlərini və tövsiyələrini "CNN" ilə bölüşüblər.
Uçmaq üçün ən yaxşı vaxt hansıdır?
Şübhəsiz ki, bir çox insan aviabilet seçərkən nə vaxt uçmağın daha yaxşı olduğunu düşünür – səhər, axşam və ya gecəyarı? Xüsusilə də gün ərzində bir neçə uçuş varsa. Mütəxəssislər tövsiyə edir ki, şəxsi səfərlərə gəlincə, səhər uçuşlarını seçmək daha yaxşıdır. Məntiq ondan ibarətdir ki, belə bir seçimlə havanın uçuşa mane olma ehtimalı azdır, çünki bir gün əvvəl gecikmələr olsa belə, sistem adətən bir gecəyə yenilənir. Bayram ərəfəsində uçuşa gəldikdə isə uçuşu həmin tarixdən bir gün əvvəl seçmək daha yaxşıdır. Məsələn, Yeni İl bayramından bir gün əvvəl uçmaq insanda bir az sərbəstlik yaradır.
Saat qurşağının dəyişilməsini necə idarə etmək olar?
Əgər saat qurşaqlarını keçirsinizsə, qısa bir yuxu almalı və sonra axşama qədər oyaq qalmalısınız. Axşam istədiyiniz qədər yata bilərsiniz. Beləliklə, bioloji saatınıza ritmi tənzimləməyə kömək edəcəksiniz. Təyyarə bələdçiləri məhz bu cür saat qurşaqlarının dəyişiminə adaptasiya olurlar.
Bu qayda uzun müddət istirahətə gedənlərin hamısına uyğundur. Əgər yalnız bir neçə günlük səyahətə çıxırsınızsa, o zaman ekspertlər normal tempinizdə qalmağı məsləhət görürlər.
Təyyarədə sərnişinlər, arxiv şəkli
Təyyarədə yer dəyişmək istəyirsinizsə, nə etməlisiniz?
Təyyarə salonundakı yerlər ekonom sinifdən biznes sinfə qədər olan zonalara bölünür. Tutaq ki, kateqoriyanı artırmaqla yerinizi dəyişmək istəyirsiniz (çox adamlı ekonom sinifdən yerinizi daha lüks bir yerlə dəyişmək). Belə bir vəziyyətdə nə etmək olar? Hava nəqliyyatı üzrə mütəxəssislər izah edirlər ki, yerin daha lüks yerlə dəyişilməsi təyyarədə deyil, qeydiyyat zamanı aparılmalıdır. Ancaq istisnalar da var - bəzən təyyarə bələdçiləri sərnişinin yerini dəyişə bilərlər. Məsələn, ailənin bir yerdə otura bilməsi üçün. Lakin təyyarə havaya qalxdıqdan sonra sərnişinlərin yer dəyişməsi yalnız müstəsna hallarda, məsələn, iki münaqişə edən sərnişini ayırmaq üçün mümkündür.
Sərnişinlər yerlərini özləri dəyişə bilərmi?
Bəli, bu seçimə icazə verilir, çünki təyyarə bələdçilərinin vəzifəsi hamı üçün rahatlığı təmin etməkdir və sərnişinlər öz aralarında razılaşsalar, heç kim onlara mane olmayacaq.
Orta sırada oturacaq qoltuqaltıları kimə aiddir?
Orta sırada oturacaq qoltuqaltıları üstündə dava adətən anlaşılmayan mübarizəyə səbəb olur, çünki təlimatlarda bu rahatlıqdan kimin istifadə etməli olduğu göstərilmir.
İllüminator pərdələri bağlı və ya açıq saxlanılmalıdır?
İllüminator pərdələri xüsusilə uzun məsafəli uçuşlarda mübahisəli bir məsələ ola bilər. Kimisi pəncərədən buludları seyr etməyi, kimisi isə pərdələri aşağı salıb yatmağı xoşlayır. Burada ümumi bir qayda varmı? Mütəxəssislər birmənalı cavab verirlər: əgər bu gecə uçuşudursa, pərdələr bağlı saxlanılmalıdır. Əgər uçuş gündüzdürsə və siz Himalay dağlarının üzərindən uçursunuzsa, şübhəsiz ki, çoxları bu gözəlliyə yuxarıdan aşağı baxmaq istəyəcək. Bundan əlavə, təhlükəsizlik qaydalarına görə, pərdələr eniş zamanı açıq olmalıdır.
Eniş zamanı alqışlama – bu düzgündürmü?
Uğurlu enişdən sonra ekipajı alqışlamaq ənənəsi Avropa uçuşlarında yayılıb. Xüsusilə tez-tez bunu italyanlar və Şərqi Avropanın sakinləri edirlər. Sərnişinlər enmə və ya təlatüm anında çox narahat olduqları üçün rahat endikdən sonra alqışlamağa başlayırlar.
Təyyarə bələdçiləri isə buna öz vəzifə borcları kimi baxırlar: əksər təyyarələr yerə eniş edir və təyyarənin növbəti enişində təəccüblü heç nə görmürlər. Yeri gəlmişkən, ABŞ reyslərində sərnişinlər adətən yalnız çox kritik uçuşdan sonra alqışlayırlar və bunlar çox nadir hallarda baş verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.