BAKI, 3 iyun - Sputnik. Türkiyə istehsalı olan "Möhtəşəm Yüzil" (2011-2014) teleserialında Sümbül Ağa obrazını yaradan məşhur aktyor Selim Bayraktar Azərbaycanın Xalq artisti və Rusiyadakı səfiri Polad Bülbüloğlunun "Gəl ey səhər" mahnısını Azərbaycan dilində oxuyub.
Türkiyənun musiqi telekanallarından birində yayımlanan "4 mevsim şarkılar" verlişinin qonağı olan Selim Bayraktarın ifası tamaşaçıların böyük marağına səbəb olub.
"Gəl, ey səhər" mahnısı necə yaranıb?
ən mahnı ilk dəfə 1968-ci ildə kinorejissor Arif Babayevin "Uşaqlığın son gecəsi" filmi üçün bəstələnib və filmin son kadrlarında ifa olunur.
Mahnının bəstəkarı, eyni zamanda onun ən məşhur ifaçısı olan Polad Bülbüloğluna belə bir sual verilir: “Gəl, ey səhər” mahnısının tarixçəsi haqqında nə deyərdiniz?
O belə cavab verir: "1968-ci ildə Arif Babayev “Uşaqlığın son gecəsi” filmini çəkirdi, o filmə musiqi yazdım. Həmin mahnı da o filmin son kadrlarında ifa olunur. Bilmirəm, nəğmələrimin yaranması təkcə tamaşaçı, dinləyici üçün yox, mənim özüm üçün də hadisədir".
Mahnının sözlərini yazan Fikrət Qoca isə müsahibələrinin birində mahnı haqqında bu sözləri deyib:
“Gəncliyimdə, Moskvada Maksim Qorki adına universitetdə oxuyanda işlərim o qədər də qaydasında deyildi. Ailəmdə qarışıqlıqlar var idi, qohumlarımdan rəhmətə gedənlər olmuşdu, nəşr etdiyim kitaba isə qadağa qoyulmuşdu. Gərgin bir halda, unudulmuş, atılmış bir insan kimi qatarla Moskvaya gedirdim. Həmişəki qayda ilə nələrsə cızma-qara edirdim. Qəfildən şeir yazmaq üçün əlimdə tutduğum kağızı buruşdurub, qatarın pəncərəsindən çölə tulladım və arxasınca baxdım. Mənə elə gəldi ki, “mən” və “özüm” arasında da, o kağızla dayandığım yer arasındakı məsafə qədər çox az bir məsafə qalıb.
Birdən qatarda radio oxumağa başladı. Mənim “Ay Şəlalə” adlı bir şeirim var idi, ona mahnı bəstələnmişdi. Radiodaki həmin mahnı idi. Musiqinin ortasında, “Mahnının sözləri Fikrət Qocaya aiddir” - deyə bildirdilər. Mahnım oxundu, qatar işıqlandı, dünya aydınlandı, bir anda belim dikləşdi. Öz-özümə “mən varam və həyat da gözəldir” - dedim. Mahnılarımı eşidəndə hələ də bunları hiss edirəm. “Gəl, ey səhər” də belədir.
"Polad Bülbüloğlu bu mahnını 1968-ci ildə "Uşaqlığın son gecəsi" filmi üçün bəstələyib və iddialara görə, bu mahnı onun Xəzər dənizində boğulan qızı Səhər üçün olan rekviyemdir.