ELM

Kofein faydalıdır, yoxsa zərərli?

Mütəxəssislərə görə ümumiyyətlə enerjili olmağa şərait yaratsa da, hər gün müəyyən miqdardan artıq istehlak edilən kofein sağlamlıq üçün əlverişsizdir.
Sputnik
BAKI, 3 iyun - Sputnik. Kofein deyincə ağla gələn ilk içki olan qəhvə sağlamlıq üçün faydalıdır. Ancaq qəhvənin tərkibindəki kofein bədənimiz üçün müəyyən dozalarda qəbul edildikdə, onun həm faydası, həm də zərəri var.
Gündə 300 mq-dan az kofein istehlak etsəniz, bu doza bədəninizə müxtəlif faydalar verəcəkdir. Başqa sözlə, ürək-damar xəstəliklərinin qarşısını alacaq, baş ağrılarını aradan qaldıracaq, diqqəti artıracaq, yorğunluğu azaldacaq və mədəni rahatlaşdıracaq. Amma gün ərzində içdiyiniz kofelərin sayı artdıqca orqanizminiz əziyyət çəkməyə başlayır.
Kofein beyin damarlarını daraldır. Vücudunuz hər gün kofeinə məruz qalırsa və birdən onu qəbul etməyi dayandırsanız, qan damarlarınız sürətlə genişlənəcək və beyinə qan axını artacaq. Bu sıx qan axını baş və boyun ağrılarına səbəb ola bilər. Sidikqovucu təsiri sayəsində sidikdə kalsium mineralının itkisi artır. Bu, sümükləri zəiflədir. Qan təzyiqini yüksəldir.
Baş ağrısından əvvəl qan damarlarınız adətən genişlənir və kofein burada daxil olur və sıxıcı təsir göstərir. Beləliklə, intensiv qan axını ləngiyir.
Əslində araşdırsanız görərsiniz ki, baş ağrısı üçün istifadə edilən bir çox dərmanın tərkibində kofein var.
Gündəlik qəbul etdiyiniz kofeinin miqdarını azaldıb həftədə yalnız bir neçə dəfə qəhvə içsəniz, bu sizə müsbət təsir göstərəcək. Gündəlik 300 mq dozanı aşdığınız zaman kofein asılılığı riski ilə üzləşə bilərsiniz və əksinə bu baş ağrınızı tətikləyə bilər.
Yeri gəlmişkən, unutmayın ki, kofein şokolad, dondurma, soda, spirt və hətta ağrıkəsicilərin tərkibində qəhvə, çay, soda və enerji içkilərində də olur.
Kofeindən asılılıq üçün limit doza 600-700 mq-dır. 1 stəkan Türk Qəhvəsi 150 mq, 1 stəkan 3-ü 1-də həll olunan qəhvə 75 mq, 1 orta tünd stəkan çay 50 mq, 250 ml (1 qutu) enerji içkisi 37,5-60 mq, bir banka turşulu içki 25- 60 mq kofein ehtiva edir.
Kofein asılılığının əlamətlərini aşağıdakı kimi sıralamaq olar:
Baş ağrısı, yorğunluq, yuxusuzluq və ya yuxululuq, başgicəllənmə və tez-tez əsnəmə, konsentrasiya, motivasiya və diqqətin olmaması, əzələ ağrısı və kramplar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.