DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Türkiyənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb - FOTOLAR

Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan xarici işlər naziri, general Yaşar Gülər Milli Müdafiə naziri, İbrahim Kalın isə MİT rəhbəri təyin təyin edilib.
Sputnik
BAKI, 3 iyun - Sputnik. Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb.
Ərdoğan keçirdiyi mətbuat konfransında yeni dövrdə prezident köməkçisi və nazir olacaq şəxslərin adlarını açıqlayıb.
Nazirlər Kabinetinin yeni tərkibi belədir:
Prezidentin köməkçisi (Vitse-prezident) - Cevdet Yılmaz
Ədalət naziri - Yılmaz Tunc
Ailə və sosial təminat naziri - Mahinur Özdemir Göktaş
Gənclər və idman naziri - Osman Aşkın Bak
Energetika naziri - Alparslan Bayraqdar
Müdafiə naziri - Yaşar Gülər
Daxili İşlər naziri - Ali Yerlikaya
Xarici İşlər naziri - Hakan Fidan
Maliyyə və Xəzinə naziri - Mehmet Şimşək
Səhiyyə naziri - Fəxrəddin Qoca
Sənaye naziri - Mehmet Fatih Kaçır
Kənd təsərrüfatı və meşə naziri - İbrahim Kumaklu
Mədəniyyət və turizim naziri - Mehmet Ersoy
Ticarət naziri - Ömər Bolat
Təhsil naziri - Yusuf Tekin
Nəqliyyat və infrastruktur naziri - Abdulkadir Uraloğlu
İndiyə qədər Türkiyə liderinin sözçüsü vəzifəsini icra edən İbrahim Kalın isə MİT rəhbəri təyin edilib.
Xatırladaq ki, yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın bu gün andiçmə mərasimi olub. Sonra o, çoxsaylı nüfuzlu əcnəbi qonaqların iştirak ilə keçirilən mərasimlə Türkiyə prezidentinin səlahiyyətlərinin icrasına başlayıb.
SİYASƏT
Türkiyə prezidenti Çankaya köşkündə şam yeməyi verib