BAKI, 3 iyun — Sputnik. Britaniya xüsusi təyinatlıları missiyalar zamanı hökumətin hələ də yeni şişmə qayıqlar sifariş etməməsi səbəbindən çətinliklərlə üzləşə bilər.
Bunu "Mirror" qəzeti xəbər verib.
Nəşrin məlumatına görə, London xüsusi təyinatlıların istifadə etdiyi "Hercules C-130J2" təyyarəsini "Atlas A400" ilə dəyişib. "Hercules", girovları xilas etməkdən ötrü şişmə qayıqları okeana atmaq üçün istifadə olunur.
"Lakin... hökumət Atlas təyyarələrində istifadəyə yararlı qayıqları hələ sifariş etməyib", – deyə qəzet yazıb.
Eyni zamanda qeyd olunur ki, parlament üzvləri "Herkules"lə müqayisədə yeni təyyarənin gücü ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.