SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla Ermənistan dəmir yolunun bərpası barədə razılıq əldə ediliblər - Overçuk

Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Moskvada görüşərək Azərbaycan və Ermənistan arasında nəqliyyat xətlərinin bərpası ilə bağlı məsələləri müzakirə ediblər.
Sputnik
BAKI, 3 iyun — Sputnik. Azərbaycan və Ermənistan Azərbaycanın qərb vilayətləri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəmir yolu xəttinin bərpasına dair ümumi razılıq əldə ediblər.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Moskvada görüşərək Azərbaycan və Ermənistan arasında nəqliyyat xətlərinin bərpası ilə bağlı məsələləri müzakirə ediblər.
Overçuk mətbuata açıqlamasında konstruktiv görüş keçirdiklərini bildirib.
O, toplantıda nəqliyyat əlaqələrinin açılmasında əhəmiyyətli irəliləyiş əldə edildiyini ifadə edib. Overçuk deyib:
"Xüsusilə Arazdeyen (Yeraskh) üzərində Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin yenidən qurulması və təşkili üçün konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi razılıq əldə edildi".
Overçuk görüşün nəticələri ilə bağlı hesabatın dövlət başçılarına təqdim ediləcəyini, üçtərəfli danışıqların baş nazir müavinləri səviyyəsində davam etdirilməsi barədə razılığa gəldiklərini bildirib.
Sovet İttifaqı dövründə mövcud olan Arazdəyən (Yerasx)-Culfa-Mehri-Horadiz dəmir yolu xətti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində dağıdılıb.
II Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyannamədə köhnə nəqliyyat xətlərinin yenidən açılması ilə bağlı maddə var idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.