SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ankarada İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olub

Azərbaycan Prezidenti və Ermənistan Baş naziri gələn həftə növbəti görüşü keçirmək niyyətindədirlər.
Sputnik
BAKI, 3 iyun - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Ankarada qısa görüş keçiriblər.

"TRT" telekanalı xəbər verir ki, Azərbaycan və Ermənistan liderləri ikitərəfli münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər.

Azərbaycan Prezidenti və Ermənistan Baş naziri gələn həftə növbəti görüşü keçirmək niyyətindədirlər.
Xatırladaq ki, həm İlham Əliyev, həm də Nikol Paşinyan növbəti dəfə Türkiyənin prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün bu gün Ankaraya gediblər.
SİYASƏT
Türkiyə prezidenti Çankaya köşkündə şam yeməyi verib