BAKI, 2 iyun — Sputnik. Senatorlar Ukrayna üzrə beynəlxalq tribunalın yaradılması ilə bağlı təkliflər hazırlayırlar. Bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev məlumat verib.
"Mən şəxsən Ukraynada baş verənlərlə bağlı öz beynəlxalq tribunalımızın yaradılması zərurətinin tərəfdarıyam. Mən beynəlxalq tribunalın yaradılmasının vacibliyini vurğulayıram. Onların Haaqada etməyə çalışdıqları kimi yox", - senator forum zamanı deyib.
"Bizə hansı Ukrayna lazımdır? Mənim üçün bu mövzu tamamilə aktualdır. Biz indi bu məsələ ilə bağlı müvafiq təkliflər hazırlayırıq", - Kosaçev əlavə edib.
O vurğulayıb ki, Ukrayna və onun arxasında duran Şimali Atlantika Alyansının Rusiyaya qarşı təcavüzünə qarşı xüsusi hərbi əməliyyat keçirilir.