BAKI, 2 iyun — Sputnik. Brüssel İrəvan və Bakı arasında vasitəçi kimi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olan problemlərin həllinə görə məsuliyyəti öz üzərinə götürmür.
Bunu Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin "Rosiyya seqodnya" media qrupunun təşkil etdiyi dəyirmi masada deyib.
Xatırladaq ki, iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə görüş keçirilib. Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel beştərəfli görüşdə Bakı və İrəvan münasibətlərin normallaşdırılması üçün ümumi siyasi iradəni bir daha təsdiqləyəcəklərinə ümid etdiyini bildirib.
"Nəsə imzalamaq üçün tərəflərin süni məlumatları var. "Avropa üslubu" odur ki, gələn dəfə nə barədə razılaşacağımız barədə razılığa gələk. Bu, Avropa tərəfini qane edir. Onlar baş verənlərə görə məsuliyyəti öz üzərlərinə götürmürlər, prosesdə aktor hesab olunurlar. Avropa siyasəti üçün bu normaldır, problemi həll etmək üçün isə bu, normal deyil", - deyə Muxin qeyd edib.
Beynəlxalq Yeni Dövlətlər İnstitutunun direktoru, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Akademiyasının dosenti Aleksey Martınov isə öz növbəsində bildirib ki, Cənubi Qafqazda sülhün təminatçısı məhz Rusiya tərəfi ola bilər.
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Akademiyasının dosenti Aleksey Martınov
© Sputnik / Nina Zotina
/ "Müxtəlif Avropa xadimlərinin Moldovanın şərab müəssisələrində "hoppanıb-düşmələrinə" baxmayaraq Rusiyasız Cənubi Qafqazda sülh mümkün deyil", - deyə ekspert qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.